
Böyük Britaniya rusiyalı diplomatı ölkədən qovub.
Metbuat.az xəbər verir ki, Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona rusiyalı diplomatın ölkədən çıxarıldığı bildirilib. Həmçinin rusiyalı səfirə britaniyalı diplomatın Rusiyanın qovulmasına görə narazılıq bildirilib. Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Rusiya əsassız şəkildə britaniyalı diplomatı ölkədən çıxarıb və əməkdaşlara əsassız ittihamlar irəli sürülüb.
Bəyanatda, Rusiyanın Ukraynaya dəstəyin qarşısını almaq üçün Britaniyanın diplomatik missiyasının işini pozmağa çalışdığı iddia edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


