“TikTok” platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.
Modern.az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.
Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib. (Mənbə:Report)

