
Sabah Siyəzənin bir hissəsində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Metbuat.az xəbər verir ki, buna səbəb diametri 108 millimetr olan yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmadır.
Sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Ş.İ.Xətai, A.Zahirov, O.Qoçəliyev, B.Bayramov və H.Z.Tağıyev küçələri olmaqla ümumilikdə 820 abonentin qaz təchizatında fasilə yaranacaqdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


