
Bakı. Trend:
Bu ilin yanvar ayında “Android” əməliyyat sisteminin Azərbaycan
üzrə bazar payı əvvəlki aya nisbətən 2,62 faiz bəndi azalaraq 36,27
faiz təşkil edib.
Trend bu
barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər
verir.
Məlumata görə, “Microsoft Windows” məhsulları Azərbaycan
əməliyyat sistemi bazarında ikinci yeri tutub və onların payı ötən
ilin dekabr ayı ilə müqayisədə dekabrda 2,33 faiz bəndi artaraq
32,4 faiz olub.
Siyahıda növbəti pillədə 15,58 faiz bazar payı ilə İOS gəlir.
İOS-un Azərbaycandakı bazar payı ötən ilin dekabr ayı ilə
müqayisədə 0,05 faiz bəndi azalıb.
Digər əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı isə
15,75 faiz olub.


