Bakı. Trend:
HƏMAS Qəzza bölgəsində idarəçiliyin Milli Komitəyə təhvil
verilməsi üçün bütün zəruri prosedur və hazırlıqları
tamamlayıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu HƏMAS sözçüsü Həzəm Qassem
bildirib.
“Fələstin fraksiyalarından, qəbilələrindən və vətəndaş
cəmiyyətinin nümayəndələrindən ibarət komitə təhvilvermə prosesinə
nəzarət edəcək”, – HƏMAS rəsmisi qeyd edib.
O, bütün tərəfləri komitənin işini asanlaşdırmağa, İsrailin
Qəzza zolağında iki illik müharibəsindən sonra bərpa prosesinin
başlanmasına yardım etməyə çağırıb.

