Putinlə Zelenski arasında görüş Moskvada keçirilməlidir – Peskov

Baş səhifə

Bakı. Trend:

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir
Zelenski arasında danışıqlar Moskvada keçirilməlidir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitriy
Peskov bildirib.

“Zelenski təmaslar qurmağı təklif edir. Putin bildirib ki, onlar
Moskvada mümkündür. Bizim mövqeyimiz olduğu kimi qalır. Kifayət
qədər ardıcıl mövqedir”,- Rusiya prezidentinin mətbuat katibi
bildirib.




Peskov ayrıca Ukrayna ilə bağlı danışıqlara Moskvanın açıq
olduğunu vurğulayıb.

Bundan əlavə, o bildirib ki, Ukrayna böhranının nizamlanması ilə
bağlı bəzi məsələlərdə razılaşmaya yaxınlaşmaq mümkün olub, bəzi
məsələlərdə isə hələlik belə nəticəyə nail olmaq mümkün
olmayıb.