
Kolumbiyada “ASAN xidmət” sistemi tətbiq edilə bilər.
“Report” xəbər verir ki, bu barədə Kolumbiya KİV-ləri məlumat yayıb.
Kolumbiyanın “Acta Diurna” jurnalı qeyd edir ki, 2025-ci ilin fevralında Kolumbiya İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumunun imzalanmasından bir il ötəcək.
Nəşr xatırladıb ki, saziş Dünya Hökumət Sammiti çərçivəsində imzalanıb.
Sənəd qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi vasitəsilə dövlət xidmətlərinin göstərilməsində sadələşdirmə və innovasiyaların tətbiqinə dəstək verməyi nəzərdə tutur.
Memorandumda səmərəliliyi, şəffaflığı və vətəndaşların ehtiyaclarına yönəlməsi ilə beynəlxalq səviyyədə tanınmış “ASAN xidmət” modelinin Kolumbiyada mərhələli tətbiqi planı nəzərdə tutulub.
XƏBƏR YENİLƏNİR
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


