
İran ABŞ ilə gərgin münasibətlərin nizamlanması üçün diplomatik yolları nəzərdən keçirir.
“Report” IRNА-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai brifinqdə bildirib.
“İran ABŞ ilə gərginliyin aradan qaldırılması üçün müxtəlif diplomatik proseslərin detallarını nəzərdən keçirir”, – o qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, İran tərəfi nüvə sazişi ilə bağlı danışıqların yenidən başlanması məqsədilə etimadın gücləndirilməsi üçün sanksiyaların ləğv edilməsini tələb edir.
“Sanksiyaların ləğvi bizim üçün istənilən qarşılıqlı diplomatik fəaliyyət çərçivəsində əsas və qaçılmaz prioritet olacaq”, – Bəqai qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, Tehran yaxın günlərdə nəticələrin əldə olunacağına ümid edir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


