Bakı. Trend:
İtaliya millisinin sabiq üzvü Çiro İmmobilenin yeni klubu bəlli
olub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Paris” 35 yaşlı hücumçunun
transferini açıqlayıb.
Fransanın Liqa 1 təmsilçisinin yaydığı məlumatda futbolçu ilə
2026/27 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib.
İmmobile Fransada 36 nömrəli formanı geyinəcək.
İtaliyalı gücumçunun son klubu “Bolonya” olub və orada cəmi 9
oyun keçirib.
Təcrübəli hücumçu “Yuventus”, “Beşiktaş”, “Cenoa”, “Torino”, “Borussiya”, “Sevilya”, “Siena”, “Sorrento”, “Qrosseto”, “Bolonya”
və “Latsio” klubunda oynayıb. İmmobile həmçinin İtaliya millisində
57 oyun keçirib (17 qol və 8 məhsuldar ötürmə) və 2021-ci il Avropa
çempionu olub.

