“ExxonMobil” və “Chevron” Venesuelaya investisiya qoymağa tələsmir

Baş səhifə

ABŞ-ın ən böyük neft şirkətləri “Chevron” və “ExxonMobil” prezident Donald Trampın Venesuela neft sənayesinin bərpasına 100 milyard dollar investisiya qoymaq çağırışına ehtiyatla reaksiya verir və vəsaitlərini yatırmağa tələsmirlər.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Hər iki şirkətin rəhbəri respublikada uzunmüddətli iş perspektivlərini yüksək qiymətləndirir, lakin 30 yanvarda hesabatlarının dərc olunmasından sonra Venesuelaya investisiyalar üçün pul ayırmağa hazır deyildilər.

Onlar hesab edirlər ki, investisiyalarını qorumaq üçün siyasi və hüquqi islahatlar tələb olunur və xəbərdarlıq edirlər ki, Venesueladakı yeni layihələr dünyada alternativ təkliflərlə rəqabət aparmalı olacaq.