
Misir diplomatik həll yoluna ehtiyac duyduğuna əmin olduğu üçün İran və ABŞ-ı danışıqlar masasına qaytarmaq üçün səy göstərir.
APA xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi iranlı həmkarı Məsud Pezeşkianla söhbəti zamanı bildirib.
“Misir regionda gərginliyin yeni mərhələsindən dərin narahatlıq keçirir və istənilən mübahisəli vəziyyətin diplomatik həllini yeganə və ən yaxşı həll yolu hesab edir. Qahirə İran və ABŞ-ı danışıqlar masasına qaytarmaq üçün yorulmadan səy göstərir”, – əs-Sisi bildirib.


