
Bakı. Trend:
Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş
Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt
sterlinqdən çox vəsait ödəyib.
Trend xəbər verir ki, bu
barədə “The Athletic Sunday” məlumat yayıb. Hesablamalar 10 yanvar
tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına
əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi
ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa,
nəzərə alınmır.
2025-ci il üçün Premyer Liqanın top-10 vergi ödəyən
oyunçuları:
1. Erlinq Haaland (“Mançester Siti”) – 16,9 milyon funt
2.Məhəmməd Salah (“Liverpul”) – 14,5 milyon
3. Kasemiro (“Mançester Yunayted”) – 10,9 milyon
4. Rahim Sterlinq (“Çelsi”) – 9,8 milyon
5. Vircil van Deyk (“Liverpul”) – 9,7 milyon
6-7. Bruno Fernandes (“Mançester Yunayted”) – 9 milyon
6-7. Bernardo Silva (“Mançester Siti”) – 9 milyon
8. Omar Marmuş (“Mançester Siti”) – 8,8 milyon
9. Qabriel Jesus (“Arsenal”) – 7,9 milyon
10.Kay Haverts (“Arsenal”) – 7,8 milyon


