KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb

Baş səhifə
KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb

ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

“ICE – rədd ol!” – şüarının səsləndirildiyi qeyd olunub.

Qəzetin məlumatına əsasən, 30 yanvarda etiraz dalğası Minneapolis, Vaşinqton, Nyu-York və digər ABŞ şəhərlərini bürüyüb. Minlərlə nümayişçi həmin gün işə və təhsilə getməyib, bəzi müəssisələr isə müvəqqəti olaraq bağlanıb.

Federal orqanların əməkdaşlarının etirazçılara qarşı iki dəfə, 7 və 24 yanvarda xidməti silahdan istifadə edərək atəş açmasından sonra etirazlar təkrarlanıb. Hadisələrin təfərrüatları araşdırılır. Ağ Ev hər iki halda baş verənlərdə nümayişçiləri günahlandırır.