İnterpolun axtardığı türkiyəli Gürcüstanda saxlanıldı

Baş səhifə

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları “İnterpol” tərəfindən qırmızı bülletenlə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü M.İ.-ni saxlayıblar.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, saxlanılan şəxs Türkiyə Respublikası tərəfindən 2025-ci ilin dekabr ayından etibarən qəsdən adam öldürmə ittihamı ilə axtarışda olub.

Əlavə edilib ki, saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.