ING 2028-ci ilə qədər “Brent” nefti və “Dutch TTF” qazı qiymətləri üzrə proqnozlarını dərc edib

Baş səhifə

Bakı. Trend:

Niderlandın ING bank qrupu “Brent” markalı neft və “Dutch TTF”
markalı təbii qazın qiymətləri üzrə 2028-ci ilə qədər olan
yenilənmiş proqnozlarını dərc edib.

Trend bu barədə
qrupa istinadən xəbər verir.

Analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə “Brent”
neftinin orta illik qiyməti bir barel üçün 57 ABŞ dolları, “Dutch
TTF” təbii qazının qiyməti isə bir meqavat-saat üçün 30 avro təşkil
edəcək. 2027-ci ildə isə “Brent” neftinin və “Dutch TTF” təbii
qazının orta illik qiymətlərinin müvafiq olaraq bir barel üçün 62
ABŞ dollarına və bir meqavat-saat üçün 26 avroya çatacağı
gözlənilir.




Xüsusilə, 2026-cı ilin birinci rübündə “Brent” neftinin qiyməti
bir barel üçün 58 dollar, ikinci rübdə 56 dollar, üçüncü rübdə 58
dollar, dördüncü rübdə isə 54 dollar səviyyəsində
proqnozlaşdırılır. “Dutch TTF” üzrə isə 2026-cı ilin birinci
rübündə kotirovkaların bir meqavat-saat üçün 33 avro, ikinci rübdə
28 avro, üçüncü rübdə 27 avro, dördüncü rübdə isə 30 avro olacağı
gözlənilir.

2027-ci ilin birinci rübündə “Brent” neftinin qiymətinin bir
barel üçün 58 dollar, ikinci rübdə 60 dollar, üçüncü rübdə 66
dollar, dördüncü rübdə isə 63 dollar səviyyəsində olacağı
proqnozlaşdırılır. “Dutch TTF” üzrə isə 2027-ci ilin birinci
rübündə kotirovkaların bir meqavat-saat üçün 27 avro, ikinci rübdə
24 avro, üçüncü rübdə 24 avro, dördüncü rübdə isə 27 avro təşkil
edəcəyi gözlənilir.