"Qarabağ" – "Nyukasl" matçı nə vaxtdır?

Baş səhifə

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.

Modern.az xəbər verir ki, “köhlən atlar” ilk matçını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qarşılaşma saat 21:45-də başlayacaq.

Fevralın 24-də, İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.