
Bakı.Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidməti (ETX) qanunvericiliyin tələblərinə uyğun
olaraq rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi,
vətəndaşların hüquqlarının qorunması və qanunsuz məzmunun
yayılmasının qarşısının alınması istiqamətində monitorinq və
nəzarət tədbirlərini davam etdirir.
Trend xəbər
verir kİ, bu barədə ETX məlumat yayıb.
Bildirilir ki, ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən
və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də Xidmətin
apardığı monitorinqlər əsasında qanunla qadağan edilən
informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına
məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində giriş
məhdudlaşdırılıb.
Girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının
428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka
təhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyət
hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.
ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində
qanunvericiliyin tələblərinə əməl etməyə, eləcə də aşkarladıqları
qanun pozuntuları ilə bağlı “1654” qaynar xətti, www.cert.az saytı
və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Xidmətə müraciət
etməyə çağırır.


