
Bakı. Trend:
2025-ci ildə “AzərGold” QSC 225,7 milyon ABŞ dolları dəyərində
ixrac əməliyyatları aparıb.
Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 58,6 milyon
ABŞ dolları və ya 35,1% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu
dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ
dollarına bərabər olub.
2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət
ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər
təmsil olunublar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited
Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime
Cotton” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat
Birliyi” MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,”Export Stream”
MMC,”P-AQRO” MMC,”KHAN-EL” MMC, “AGRARCO” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən
dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda
aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,
“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye
Kompleksi” MMC, “Socar-Dalğıc” MMC, “İstisu” mineral su zavodu MMC, “Azərbaycan Dəmir yolları” QSC, “SOCAR CAPE” MMC.


