
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan 170,8 milyon ABŞ dolları dəyərində
karbamid ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 44,6 milyon
ABŞ dolları və ya 35,3% çoxdur.
Təkcə ötən ilin dekabrında isə Azərbaycan 7 milyon ABŞ dolları
dəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,8 %
azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil
edib.


