
Milli Depozit Mərkəzi (MDM) əməkdaşlar üçün könüllü tibbi sığorta və avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 185 manatdır.
İddiaçılar təkliflərini fevralın 18-nə qədər MDM-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2 A ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 18-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


