ABŞ Venesuelaya uçuşlarla bağlı qadağanı ləğv etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Nəqliyyat Nazirliyi 2019-cu ildə qurum tərəfindən ABŞ
aviaşirkətlərinin Venesuelaya uçuşlar həyata keçirməsinə qoyulan
qadağanı ləğv edib.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər
verib.




Bildirilib ki, ABŞ nəqliyyat naziri Şon Daffi öz sərəncamında
vurğulayıb ki, “[Venesuela ilə] hava nəqliyyatının dayandırılması
artıq ictimai maraqlar naminə zəruri deyil”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin
Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyası üçün
açacağını bildirib.