Qəbələdə tikiləcək zavod idxaldan asılılığı azaldacaq – Nazir

Baş səhifə

Bakı. Trend:

Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun
tikintisi ilə rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan
asılılığın azalması baxımından perspektivləri müzakirə edilib.

Trend xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial
şəbəkəsindəki hesabında bildirib.




“Gabala Beverage Company” şirkətinin təsisçisi Sezar Çöçelli ilə
görüşdə şirkətlə əməkdaşlıq məsələlərini və biznes təşəbbüslərini
müzakirə etdik.

Regionlara investisiyaların cəlb edilməsini, Qəbələdə alkoqollu
və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən
işləri, layihənin məşğulluğun təşviqi, rəqabətqabiliyyətli
məhsulların istehsalı və idxaldan asılılığın azalması baxımından
perspektivlərini qeyd etdik”, – paylaşımda qeyd edilib.