Bakıda kirayə yaşayan şəxslər dəm qazında boğuldu – Ölən var

Baş səhifə

Bakı.Trend:

Bakıda kirayə yaşayan şəxs dəm qazından boğularaq ölüb.

Trend-in
məlumatına görə, hadisə 28.01.2026-cı il tarixdə saat 15
radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib.

Belə ki, həmin ünvanda yaşayan Qənbəralıyev İmran Teymur oğlu və
Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən
zəhərləniblər.




Hadisə nəticəsində Ramazan Məmiyev hadisə yerində ölüb, İmran
Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma
aparılır.