Paytaxtın bu ərazisində 12 saat su olmayacaq

Baş səhifə

Bakı.Trend:

Yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə
birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat
10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsində Xətai
rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
(ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat
yayıb.




Bildirilib ki, işlər yekunlaşdıqdan sonra istismar qaydalarına
uyğun olaraq suyun əvvəlki qrafiklə verilməsi bərpa ediləcək.