Benzema “Əl-İttihad”ın növbəti matçında oynamamağa qərar verdi

Baş səhifə

Bakı. Trend:

“Əl-İttihad” hücumçusu Karim Benzema komandası üçün oynamamağa
qərar verib.

Trend xəbər verir ki, 38
yaşlı hücumçu klubun yeni müqavilə təklifindən narazıdır və
rəhbərliyə bildirib ki, növbəti matç olan “Əl-Fateh” ilə görüşdə
iştirak etməyəcək. Benzemanın “Əl-İttihad” ilə mövcud müqaviləsi 30
iyun tarixinədək qüvvədədir.




Qeyd edək ki, cari mövsümdə Benzema Səudiyyə Ərəbistanı
çempionatında 14 oyunda 8 qol vurub.