Bakı. Trend:
Kolumbiyada daxili reys həyata keçirən təyyarə qəzaya
uğrayıb.
Trend xəbər verir ki, bu
barədə “Noticias Caracol” telekanalı məlumat verib.
Qeyd olunub ki, Kukuta-Okanya marşrutu üzrə uçuş həyata keçirən
təyyarənin göyərtəsində 15 nəfər – 13 sərnişin və 2 ekipaj üzvü
olub. Qəza nəticəsində sağ qalan olmayıb.
Həlak olanlar arasında Kolumbiya parlamentinin deputatı Diogen
Kinteronun da olduğu bildirilib.

