Almaniya hökuməti kritik infrastruktur obyektlərinin müdafiəsini gücləndirməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Almaniya Kansleri Fridrix Merts hökumətin kritik infrastruktur
obyektlərini, o cümlədən elektrik şəbəkələrini mümkün hücumlardan
qorumağı planlaşdırdığını açıqlayıb.

Trend xəbər verir ki, bu
barədə DPA agentliyi xəbər yayıb.




Merts bildirib ki, bu tədbirlər əsasən həmin infrastrukturla
bağlı məlumatların ictimaiyyət üçün asanlıqla əlçatan olmamasını
təmin etməyə yönəlib.

Kanslerin sözlərinə görə, bu yanaşma təhlükəsizliklə bağlı
geodata və digər məlumatları da əhatə edir.