“Qarabağ” “Liverpul” matçında İLK QOL – CANLI

Baş səhifə

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun “Liverpul” (İngiltərə) – “Qarabağ” oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.

Aleksis Makallister 15-ci dəqiqədə fərqlənib.

***

00:15

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ” komandaları arasındakı oyun başlayıb.

Modern.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir..