Kürdəmirdə ev yanıb

Baş səhifə
Kürdəmirdə ev yanıb

Kürdəmirdə fərdi yaşayış evi yanaraq külə dönüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb.Belə ki kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadsə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürlüb və genişlənməsinin qarşısı alınıb.Hazırda faktla bağlı araşdırma aparılır.

MƏLUMAT YENİLƏNİR …