Qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 5,2 min dolları keçib

Baş səhifə
Qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 5,2 min dolları keçib

Fevral ayında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti “Comex” birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 5 200 dollardan yuxarı qalxıb.

“Report” xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiq edir.

Bakı vaxtı ilə saat 05:40-da qiymətli metalın dəyəri 2,41 % artaraq bir unsiya üçün 5 205,1 dollar təşkil edib. 05:45-də isə qızılın qiyməti artımı sürətləndirərək 5 216,7 dollara çatıb (+2,64 %).

Saat 06:32-də növbəti rekord qeydə alınıb – 5 224,2 dollar/unsiya.