
Bakı. Trend:
Fransalı deputatlar yaşı 15-dən az olan uşaqların sosial
şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı qanunu təsdiqləyib.
Qanun eyni zamanda ibtidai və orta məktəblərdə mobil telefondan
istifadəni qadağan edir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sentyabr ayından (2026) qüvvəyə minəcək qanunun
lehinə 130, əleyhinə 21 deputat səs verib. Bu təşəbbüsə Fransa
prezidenti Emmanuel Makron güclü dəstək göstərib. Makron elmi
tövsiyyələrə əsaslanaraq yerli ictimaiyyətin uşaqları təhlükəli
alqoritmlərdən qorumağa səsləyib.
Bu addım Avropada artan bir tendensiyanı əks etdirir: Böyük
Britaniya hökuməti də gənc yeniyetmələr üçün oxşar qadağaları
nəzərdən keçirir, Aİ siyasətçiləri isə ittifaq üzrə sosial
şəbəkələrə giriş baxımından minimum yaş həddinin 16 olaraq
müəyyənləşdirilməsini müdafiə edirlər.
Fransanın səhiyyə sahəsində nəzarət orqanının hesabatına görə,
bir çox yeniyetmə smartfonlarda xeyli vaxt keçirir ki, bu da
özünəinamın azalması və zərərli məzmuna məruz qalma ilə bağlı
narahatlıqlar yaradır.


