Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb

Baş səhifə

Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri ilə ənənəvi görüşü baş tutub.

APA-nın Moskva bürosu Rusiya XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan səfiri Rəhman Mustafayev də iştirak edib.

Görüşdə, həmçinin, MDB-nin Baş katibi Sergey Lebedev və digər Avrasiya strukturlarının icra orqanlarının rəhbərləri iştirak ediblər.

Görüş iştirakçıları aktual beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar və 2025-ci ildə Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrinə yekun vurublar.

“Xarici siyasət koordinasiyasının gücləndirilməsi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin artırılması və regional təhlükəsizliyin təmin edilməsi daxil olmaqla, yaxın gələcək üçün vəzifələr müəyyən edilib”, – Rusiya XİN-in məlumatında qeyd olunub.