“SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin şikayəti təmin edilmədi

Baş səhifə

Bakı. Trend:

“SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin
İsayevlə bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə sonuncu
məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar
qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.




Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,
Ramin İsayev 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında
rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14
il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4
(xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə
əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb
olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham
verilib.