
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə Ukraynanın
Avropa İttifaqına (Aİ) qəbul edilməsinə çağırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Zelenski Avstriya kansleri
Kristian Ştokkerlə telefon danışığının yekunlarına dair Telegram
kanalında yazıb.
“Ukraynanın Avropa İttifaqına üzvlüyü təkcə bizim üçün deyil,
bütün Avropa üçün əsas təhlükəsizlik təminatlarından biridir. Çünki
Avropanın ortaq gücü, o cümlədən Ukraynanın təhlükəsizlik,
texnoloji və iqtisadi töhfəsi sayəsində mümkündür. Məhz buna görə
biz konkret tarixdən – 2027-ci ildən danışırıq və mövqeyimizin
tərəfdaşlar tərəfindən dəstəklənəcəyinə ümid edirik”,- deyə
Zelenski yazıb.
Qeyd edək ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələri
2024-cü ilin iyununda başlanıb və rəsmi Kiyev bu proses
çərçivəsində Avropa Komissiyasının bir sıra tələblərini, o cümlədən
qanunvericilik və institusional islahatlarla bağlı tələbləri
yetirməyə çalışır.


