ASK
- 27 yanvar, 2026
- 15:54

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 32,23 milyon ABŞ dolları dəyərində 298 min 246 ədəd diri qoyun idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 94 %, kəmiyyət olaraq – 76 % çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 14,92 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çox) 128 min 608 ədəd (+9 dəfə) və Gürcüstandan 17,31 min ABŞ dolları dəyərində (+17 %) 169 min 638 ədəd (+12 %) qoyun gətirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 182 min ədəd qoyunun 88 %-i Gürcüstanın payına düşüb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


