“Legion Financial” nizamnamə kapitalını yenidən artırır

Baş səhifə
Legion Financial nizamnamə kapitalını yenidən artırır

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC “Bakı Fond Birjası” QSC-də daha 600 min manat dəyərində yeni səhm yerləşdirməyə hazırlaşır.

“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 6 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 15,3 % artaraq 3,91 milyon manatdan 4,51 milyon manata çatacaq.

Xatırladaq ki, “Legion Financial” 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova (39,6 %), Ramin Süleymanlıya (31,2 % ), Rövşən Sultanova (10,2 %), Böyükağa Məmmədova (14,1 %) və Belarus vətəndaşı Kolas Konstantinə (4,9 %) məxsusdur. T.İsmayılov ləğv prosesində olan “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.