İsrail Livanın cənubuna aviazərbə endirdi

Baş səhifə

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları Livanın
cənubuna hava zərbəsi endirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, zərbənin hədəfi “Hizbullah” hərəkatının silahlı
qanadının üzvlərindən biri olub. O, Beyrutdan 90 km cənub-şərqdə,
Deyr-Kanun və Batuliya yaşayış məntəqələrini birləşdirən yolda
motosikletdə olarkən zərbəyə tuş gəlib.




“Hizbullah” döyüşçüsünün aldığı xəsarətlərdən hadisə yerində
vəfat etdiyi bildirilir.

İsrail Müdafiə Qüvvələri (IDF) məlumatı təsdiqləsə də, hadisənin
təfərrüatlarını şərh etməyib.