Azərbaycanlı FİFA referisi UEFA-dan növbəti dəfə təyinat aldı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə
təyinat alıb.

Trend qurumun
saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının Liqa
mərhələsinin 8-ci turunda keçiriləcək “Midtyülland” (Danimarka) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçın idarə edəcək.

E.Məsiyevə yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin
Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal
Umudlu yerinə yetirəcək.




Qeyd edək ki, sözügedən görüş yanvarın 29-u Mərkəzi Avropa vaxtı
ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 30-u, saat 00:00-da
başlanacaq.

Xatırladaq ki, E.Məsiyev daha əvvəl Avroliqada 6-cı turun “Frayburq” (Almaniya) – “Zalsburq” (Avstriya) matçını idarə
etmişdi.