Səudiyyə Ərəbistanı “Mukaab” göydələninin tikintisini dayandırdı

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı hakimiyyəti paytaxtı Ər-Riyadın biznes
rayonunda yerləşən “Mukaab” kub formasındakı göydələnin tikintisini
dayandırmaq qərarına gəlib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, tikintinin dayandırılması layihənin
maliyyələşdirilməsinin yenidən nəzərdən keçirilməsi və realizasiya
imkanlarının qiymətləndirilməsi ilə bağlıdır. Qeyd olunur ki, ölkə
hakimiyyəti futuristik layihələrə böyük xərclərdən daha ehtiyatlı
və potensial mənfəətli investisiyalara keçid edir.




“Reuters” agentliyi yazır ki, tikintinin dayandırılmasının digər
səbəbi kimi dünya bazarında neftin qiymətinin düşməsi ola
bilər.

“Mukaab” göydələni dünyanın ən böyük qübbə displeyli 400×400
metr ölçülü kub şəklində layihələndirilib. Onun daxili sahəsi
təxminən 2 milyon kvadrat metr təşkil etməli idi. Kompleksdə 104
min mənzilin yerləşdirilməsi nəzərdə tutulmuşdu. “Mukaab”ın inşası
ölkənin iqtisadi transformasiya proqramı olan “Saudi Vision 2030”
çərçivəsində aparılırdı.