
Bakı. Trend:
Yəqin ki, zamanla “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışları
görəcəyik.
Bunu Trend-ə
müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə
Heyətinin sədri Ruslan Xəlilov deyib.
Sədr ötən ilin mart ayında SOCAR-ın “yaşıl istiqraz”larının Bakı
Fond Birjasında tədavülünə başlanıldığını xətrladəb və qeyd edib
ki, “yaşıl istiqraz”lar 5 illik müddətə buraxılır və ümumi
buraxılış məbləği 200 milyon ABŞ dollarıdır: “Biz Bakı Fond Birjası
olaraq “yaşıl istiqraz”ları dəstəkləmək üçün ayrıca bir “Green Bond
Segment” (“yaşıl istiqrazlar” seqmenti) yaratmışıq. Həmin bazar
seqmenti üçün bütün listinq komissiyalarını sıfırlamışıq. Yəni
“yaşıl istiqraz” və yaxud da yaşıl kağız olaraq listinqə çıxmaq
istəyən şirkət müvafiq kriteriyalara uyğun gəlirsə, listinq
haqqından azad edirik”.
R. Xəlilov vurğulayıb ki, bazarda bu istiqamədə müəyyən sahələr
üzrə şirkətlərin marağı var: “Xüsusən də enerji sektorunda “yaşıl
istiqraz” buraxmaq istəyən şirkətlər var. Logistika sektoru üzrə də
bir qism şirkətin “yaşıl istiqraz”a marağının olduğunu görürük.
Sadəcə olaraq burada investisiya bankçılığı rolunu oynayan
şirkətlərdən də çox şey asılıdır. Yəqin ki, zamanla “yaşıl
istiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik”.


