
Sabunçu rayonunda oğurluq hadisəsi olub.
APA xəbər verir ki, Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini oğurladığını bildirib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


