Papua-Yeni Qvineyada 5,5 bal gücündə zəlzələ oldu

Baş səhifə

Bakı. Trend:

Papua – Yeni Qvineyaya məxsus olan Yeni Qvineya adasının mərkəzi
hissəsində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.




Məlumata əsasən, zəlzələ Mendi şəhərindən 45 km cənub-qərbdə
qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə
yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami
təhlükəsi elan edilməyib.