Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

Baş səhifə

Bakı. Trend:

Ötən il Azərbaycandan 120 ton at əti ixrac edilib.

Bunu Trend
açıqlamasında AQTA-nın İdxal və İxraca Nəzarət Şöbəsinin müdiri
Əkbər Əliyev bildirib. Onun sözlərinə görə, at əti Azərbaycandan
Qazaxıstan Respublikasına ixrac edilib.




Şöbə müdiri onu da qeyd edib ki, 2024-cü ildə isə Azərbaycandan
heç bir ölkəyə at əti ixrac edilməyib.

Qeyd edək ki, at əti əsasən Orta Asiya, bəzi Avropa və Asiya
ölkələrində ənənəvi mətbəxin bir hissəsi kimi istehlak edilir. Ən
çox istehlak edildiyi ölkələrə Qazaxıstan, Qırğızıstan,
Monqolustan, Yaponiya, Çin, həmçinin İtaliya, Fransa və Meksika
daxildir. Qazaxıstan və Qırğızıstanda bu ət növü xüsusilə
məşhurdur. Bu ölkələrdə at əti zülal və dəmir baxımından zəngin
hesab edilir.