
İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Antara” agentliyi İndoneziyanın Fəlakətlərin idarə edilməsi üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, 65 nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
Hadisə yanvarın 24-də Qərbi Bandunq rayonunda baş verib, güclü yağıntıların fonunda torpaq sürüşməsi Pasir Lanqu yaşayış məntəqəsini örtüb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


