Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib

Baş səhifə
Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları baş tutub.

Bu barədə “Report”a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Qadınların mübarizəsində “Qarabağ” “İdman Akademiyası”nı (27:26) minimal fərqlə üstələyib. “Kür” “Azəryol”dan (31:26), “Təhsil” isə “Bakı”dan (25:21) üstün olub.

Kişilərin yarışında “Azəryol” və “Təhsil” komandaları xalları yarı bölüblər – 20:20. “Kür” səfərdə “Dinamo”nu (52:41), “Qarabağ” isə “Bakı”nı (25:23) məğlub edib.