Moskvada yanğın nəticəsində iki nəfər ölüb

Baş səhifə
Moskvada yanğın nəticəsində iki nəfər ölüb

Kuntsevo rayonunda (Moskvanın qərbi) baş verən yanğın zamanı iki nəfər ölüb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, yanğına səbəb odla ehtiyatsız davranış olub.

Hadisənin səbəbini müəyyən etmək üçün yanğın-texniki ekspertiza keçiriləcək.