
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarını cənginə alan güclü qar çovğunu
ümumilikdə 200 milyondan çox insanın yaşayışına təsir edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ölkənin Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, güclü
qar çovğunu Nyu-Meksiko ştatından ABŞ-nin Şərq sahillərində
yerləşən Nyu-İnqland bölgəsinə qədər uzanıb. Bəzi yerlərdə 40 sm-ə
qədər qar düşüb.
“PowerOutage” monitorinq xidmətinin məlumatına görə, 900 mindən
çox ev təsərrüfatı işıqsız qalıb. Əlverişsiz hava ilə bağlı
səbəblərdən yeddi nəfər həyatını itirib, Luizinada 2 nəfər yolda
donaraq ölüb. Massiv qar yağıntısı ABŞ-də hava nəqliyyatını da
qismən iflic edib. Ölkədə 15 mindən çox hava reysi təxirə
salınıb.


