
Bakı.Trend:
Buzovnanın bəzi ərazilərində işıq təchizatında fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, yanvarın 26-da Xəzər Rayon Enerji Təchizatı və
Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata
keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Buzovna
qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla
küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


