
Bakı.Trend:
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən həftə ərzində 166 yanğına çıxış, 41 halda köməksiz
vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən
ötən həftə ərzində 9-u azyaşlı olmaqla 54 nəfər xilas edilib, 2
nəfər xəsarət alıb, hadisələr zamanı 7 nəfər həyatını itirib.


