Bu gün məktəblərdə qış tətilindən öncə son dərs günüdür

Baş səhifə

Bakı. Trend:

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili
başlayacaq.

Trend xəbər verir
ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris
ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq Qərarına
əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə
qış tətili yanvarın 27-dən başlayacaq.

Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam
edəcək.




Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da
şamil edilir.

Qeyd edək ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət
göstərən ümumi təhsil müəssisələrində tətildən sonra ilk dərs günü
2 fevral 2026-cı il tarixidir.